Bankların aktivlərində vəziyyət necədir? | Banco.az

Bankların aktivlərində vəziyyət necədir?

5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri 1 milyard manatdan çox olub.

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 milyard 880 milyon 952 min manat), "PAŞA Bank" (4 milyard 759 milyon 677 min manat), "Kapital Bank" (4 milyard 412 milyon 658 min manat), "Xalq Bank" (2 milyard 282 milyon 872 min manat) və "Bank Respublika"dır (1 milyard 344milyon  750 min manat).

Qalan 23 bankdan 21-nin aktivləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankın aktivləri isə 100 milyon manatdan azdır.

5 bankın aktivləri azalıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri illik müqayisədə az olub.

Bunlar "Rabitəbank", "Premium Bank", "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı və "AGBank"dır.

Ən çox azalma "AGBank"da (7,3%), ən az azalma isə "Rabitəbank"da (1,2%) qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Qalan 23 bankın isə aktivləri artıb. Ən yüksək dinamika "Bank of Baku"da (57,5%), ən aşağı dinamika isə "Azərbaycan Sənaye Bankı"nda (0,4%) qeydə alınıb.

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et