Bankların aktivləri onların balansındakı öhdəliklərini qarşılaya bilirmi? - Current ratio (2018, II rüb) | Banco.az

Bankların aktivləri onların balansındakı öhdəliklərini qarşılaya bilirmi? - Current ratio (2018, II rüb)

Current ratio likvidlik əmsalı olub, şirkətin cari aktivlərini cari öhdəliklərə bölməklə əldə olunur. Bu əmsal hər hansı bir şirkətin balansında olan aktivlərin qısa müddətli öhdəliklərini qarşılaya bilib-bilməyəcəyini hesablayır. 

Yəni current ratio, cari aktivlərin cari öhdəliklərə olan nisbətini göstərir.

Misal üçün, bir şirkətin 50 mln cari aktivi, 25 mln isə cari öhdəliyi mövcuddur. Bu şirkətin current ratio əmsalı 2.0 -a bərabərdir. Yəni şirkət əlindəki bütün aktivləri ilə öhdəliklərini ödəsə belə, yenə əlində aktivi qalacaqdır.

Bu əmsalın 1-dən böyük olması, şirkətin qısamüddətli öhdəliklərini qarşılamaq üçün yaxşı maliyyə vəziyyətinin olduğunun göstəricisidir. Current ratio əmsal 1-dən kiçik olarsa isə, şirkətin maliyyə vəziyyətinin ürəkaçan olmadığının göstəricisidir. 

Gəlin bu əmsalı bir də ölkəmizdəki banklar üzrə hesablayaq, görək  2018-ci ilin ikinci rübündə banklarımızın maliyyə vəziyyəti nə yerdədir?

Banklar

Current ratio

Pakistan milli bankı

22,56

Bank Melli İran

2,85

Bank VTB

1,78

Naxçıvan Bank

1,65

Bank Avrasiya

1,60

Günay Bank

1,50

Express Bank

1,49

Ziraat Bank

1,41

NBC Bank

1,32

AtaBank

1,32

Bank Silkway

1,28

Bank BTB

1,23

YapıKrediBank

1,22

AmrahBank

1,21

AzərTürkBank

1,21

Azərbaycan Beynəlxalq Bank

1,18

Xalq Bank

1,16

AFB bank

1,16

Muğan Bank

1,16

Nikoil Bank

1,14

Bank of Baku

1,14

Unibank

1,14

Rabitəbank

1,14

TuranBank

1,14

AG Bank

1,12

Paşa Bank

1,10

ASB bank

1,10

Kapital Bank

1,08

Accessbank

1,07

Bank Respublika

1,06

Ən sərfəli kredit üçün müraciət et

Pakistan milli bankının aktivləri 10 mln manat, öhdəlikləri 475 min manat olduğundan göstəricisi xeyli yüksəkdir. Özəl banklardan sonra isə, ən yüksək göstərici Bank VTB-dədir. Belə ki, bu bankın aktivləri 125 mln manat, öhdəlikləri 70 mln manat olmuşdur.

Bu əmsalı banklarımızın hamısında 1-dən böyük olması onların balansında olan aktivlərin öhdəliklər qarşılaya biləcək vəziyyətdə olduğunu göstərir.