"Banklardakı likvidlik qiymətli kağızlar bazarına transfer edilməlidir" | Banco.az

"Banklardakı likvidlik qiymətli kağızlar bazarına transfer edilməlidir"

"Azərbaycanın bank sektorunda kifayət qədər likvidlik formalaşıb". 

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən “Azərbaycanda kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi – inkişaf perspektivləri” mövzusunda tədbirdə bildirib. 

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, həmin likvidlik qiymətli kağızlar bazarında transfer edilməlidir, amma bunun üçün hüquqi çərçivə lazımdır: "”Sekturizasiya fəaliyyəti haqqında" qanun var. Lakin bu qanun beynəlxalq standartlara uyğunlaşdırılmayıb və işləmir. Düşünürük ki, onun tətbiqinə başlanılması ilə likvid vəsaitlərin kapital bazarına transformasiyasına nail ola biləcəyik və bu, həmin bazarda canlanmaya səbəb olacaq”. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et