Xarici informasiya portallarında (www.hackread.com saytında) yayılmış məlumata əsasən, erməni hakerləri tərəfindən Azərbaycan bankının müştəri məlumatlarının əldə edilməsi və yayılması haqqında məlumat verilmişdir.
BBN.az xəbər verir ki, “Azərbaycan Banklar Assosiasiyası”na (ABA) kommersiya bankları tərəfindən verilmiş məlumata əsasən, belə bir fakt bank sistemində qeydə alınmamışdır.
Dərc olunmuş məlumat təxribat xarakteri daşıyır.
Azərbaycan Banklar Assosiyasiyasının
İcraçı Direktorluğu
Mənbə: BBN.az