Banklar üzrə neqativ proqnozların payında azalma var | Banco.az

Banklar üzrə neqativ proqnozların payında azalma var

Qlobal banklar üzrə ötən ilin birinci yarısında ilin ikinci yarısı ilə müqayisədə neqativ proqnozların payında azalma qeydə alınıb.

Bu barədə "Fitch Ratings" reytinq agentliyinin yeni proqnozuna istinadən xəbər verilir.

"Fitch"in məlumatına əsasən, mənfi proqnozların qlobal payı 2019-cu ilin sonunda 13%, müsbət proqnozların payı isə 5% olub. Ötən ilin birinci yarısının yekunları ilə müqayisədə olaraq müsbət proqnozlu bankların sayı 1 faiz bəndi artıb, mənfi proqnoz verilən bankların sayı isə 4 faiz bəndi azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Reytinq agentliyi qeyd edir ki, mənfi proqnozların çoxu Cənubi Amerika və Şərqi Afrika regionunun banklarına aiddir.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et