"Banklar ucuz vəsaitlərə çıxış əldə edəcəklər, kredit faizlərini aşağı sala bilərlər" | Banco.az

"Banklar ucuz vəsaitlərə çıxış əldə edəcəklər, kredit faizlərini aşağı sala bilərlər"

“Banklar kompensasiya üzrə 670 milyon manat, restrukturizasiya üzrə 682 milyon manat vəsaitə çıxış əldə edəcəklər”.

Fiziki şəxslərin problemli kreditlərinin həlli bankların kredit faizlərini aşağı salmaları üçün əlverişli şərait yaradacaqdır.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal bildirib.   

O qeyd edib ki, ilkin qiymətləndirməyə görə, kompensasiyanın məbləği 670 milyon manat təşkil edəcəkdir: “Bu vəsait ilk növbədə fiziki şəxslərin xarici valyutadakı kreditlərinin manatla artmış hissəsinin ödənilməsinə yönəldiləcəkdir. Bu da o deməkdir ki, banklar əvvəllər gecikdirilmiş kreditlərə görə yaratdıqları ehtiyatları istifadə edə biləcəklər. Digər tərəfdən, restrukturizasiya tədbirləri üçün banklara 682 milyon vəsait ayrılıb. Bu vəsait banklara 5 il müddətinə, 0,1% kredit şərti ilə ayrılıb. Kompensasiya üzrə 670 milyon manat, restrukturizasiya üzrə 682 milyon manat vəsaitin ayrılması ilə banklar ucuz vəsaitlərə çıxış əldə edəcəklər və kredit faizlərinin aşağı düşməsi üçün əlverişli şərait yaranacaqdır. Banklar bu imkanı qiymətləndirməlidirlər”.

Ən sərfəli kredit üçün müraciət et

marja