Banklar sahibkar və ya hüquqi şəxs hesablarından nağdlaşdırma zamanı nə qədər komissiya tutur? | Banco.az

Banklar sahibkar və ya hüquqi şəxs hesablarından nağdlaşdırma zamanı nə qədər komissiya tutur?

Bank hesabı açıdıqdan sonra hesabla bağlı əməliyyatları həyata keçirə, eyni zamanda onu onlayn formada idarə edə bilərsiniz. Lakin bəzən hesabda olan məbləği nağdlaşdırmağa ehtiyac yaranır. Digər xidmətlər kimi nağdlaşdırma zamanı da komissiya tutulur. Bu komissiya banklardan asılı olaraq dəyişir. Lakin hesabdan istənilən qədər məbləğ nağdlaşdırıla bilməz. Bu limiti  "Nağdsız hesablaşmalar haqqında" qanunla müəyyən olunur. Belə ki, qanunun 3.3-cü maddəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri təqvim ayı ərzində 30 (otuz) min, digər vergi ödəyiciləri isə təqvim ayı ərzində 15 (on beş min) manatdan artıq vəsaiti nağdlaşdıra bilməzlər.

Bu araşdırmada sahibkar və hüquqi şəxslərin bank hesablarından nağdlaşdırma zamanı tutulan komissiyalar ilə tanış olacağıq. Lakin bu komissiya nağdlaşdırılan bütün məbləğə şamil edilmir. Hesaba nağd şəkildə mədaxil edilmiş vəsaiti mədaxil edildiyi tarixdən 1 il ərzində nağdlaşdırılarsa, bu zaman komissiya ödəməyəcəksiniz. Əks halda isə nağdlaşdırdığınız məbləğdən aşağıda qeyd olunan faizlər miqdarında komissiya tutulacaq.

Onu da vurğulayaq ki, nağdlaşdırma zamanı bankın komissiyasından əlavə 1% vergi tutulur ki, bu da Vergilər Məcəlləsinə əsasən tənzimlənir.

Ən sərfəli kredit üçün müraciət et

Cari hesabların açılması üzrə tariflərlə və onlayn hesab aça biləcəyiniz bankların siyahısı ilə buradan öyrənə bilərsiniz.

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram