Ən sərfəli sahibkar və hüquqi şəxs hesabı hansı bankda açmaq olar? | Banco.az

Ən sərfəli sahibkar və hüquqi şəxs hesabı hansı bankda açmaq olar?

Bankların müştərilərini 3 qrupa ayırsaq, bunlardan digər ikisi sahibkar və hüquqi şəxslərdir. Fiziki şəxslərdə olduğu kimi sahibkar (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən şəxs) və hüquqi şəxslər üçün  də banklar kredit, depozit, bank hesablarının açılması, pul köçürmələri və s. kimi xidmətlər göstərir. Bu araşdırmada sahibkar və hüquqi şəxslərin cari bank hesablarının açılması ilə bağlı tariflərlə tanış olacağıq.

Bu hesablar ölkə daxilində və ölkə xaricinə vəsait göndərə və qəbul edə, əmək haqqı ödənişlərini icra etmək üçün açılır. Bu şəxslər bank hesabı açmaq üçün ilk növbədə banka bir sıra sənədlər təqdim etməlidir. Bu sənədlər bank hesabının sahibkar və ya hüquqi şəxs olmasından asılı olaraq dəyişir. İlk növbədə sahibkar hesabları üçün tələb olan sənədlərə diqqət yetirək. Bu sənədlər də sahibkarın rezident və ya qeyri-rezident olmasından asılı olaraq dəyişir.

  • Ərizə;

  • Fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd;

  • Vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

  • Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surəti;

  • İmza və möhür nümunələri vərəqəsi;

  • FATCA/CRS tələblərinə uyğun özünüqiymətləndirmə anketi.

Hüquqi şəxslər bank hesabı açmaq üçün isə əlavə olaraq aşağıdakı sənədləri banka təqdim etməlidir.

  • Hüquqi şəxsin Nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

  • Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın (ən son dəyişiklikləri əks etdirməklə) notariat qaydasında təsdiq edilmiş surəti;

    Ən sərfəli kredit üçün müraciət et

  • Səhmdların, təsisçilərin, rəhbər şəxsin, imza səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənəd;

Bundan əlavə, hesaba sərəncam vermək (imza) hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsi, bununla bağlı təsdiq olunmuş protokol və ya qərar, təsisçi və benefisiar şəxslər barədə əlavə sənədlər tələb oluna bilər. Banka təqdim edilmiş sənədlər bankın əməkdaşları və hüquqşünasları tərəfindən yoxlandıqdan sonra hesabın açılması üçün qərar qəbul edilir. Əgər sənədlərdə heç bir uyğunsuzluq yoxdursa, müəssisəyə imzalanmış bank hesabı müqaviləsi təqdim edilir.

Cari hesabın açılması ilə bağlı tariflər isə banklardan asılı olaraq dəyişir. Həmçinin bu hesabların açılması bəzi banklarda onlayn formada da mümkündür. Bunu bankın ya saytından və ya bank məhsullarını rahatlıqla tapıb əldə edə biləcəyiniz BankMarketin veb səhifəsindən də edə bilərsiniz.

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram