Banklar Maliyyə Palatasına nə qədər ödəyəcək? - MƏBLƏĞLƏR | Banco.az

Banklar Maliyyə Palatasına nə qədər ödəyəcək? - MƏBLƏĞLƏR

Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib.

Qaydalar Palta tərəfindən təsdiq edilib və bu gündən qüvvəyə minir.

Qeyd edək ki, Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.

Qaydalarla bağlı daha ətraflı http://www.huquqiaktlar.gov.az/StatementDetails.as... linkdən tanış olmaq mümkündür.

Bankların illik dövri ödəniş Cədvəli

AZN-lə ifadə edilib

Nəzarət subyekti Fərqləndirmə meyarı Ödəniləcək məbləğ Maksimum hədd
Bank Cəmi aktivləri 1 milyarddan çox Sabit məbləğ 800.000  
Cəmi aktivləri 500 milyon – 1 milyard arası Sabit məbləğ 500.000  
Cəmi aktivləri 500 milyondan az Sabit məbləğ 300.000  
       

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et