Banklar aktivlərini 433 milyon artırıblar | Banco.az

Banklar aktivlərini 433 milyon artırıblar

Ötən ilin martından bəri bankların aktivləri 4,1 milyard manatdan çox artıb.

01 mart 2014-cü il tarixinə Azərbaycanda fəaliyyət göstərən 43 bankın cəmi aktivləri 20 milyard 818 milyon 500 min manata çatmışdır. Bu barədə məlumatı Mərkəzi Bank açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Cari ilin ötən iki ayı ərzində bankların aktivləri 433,1 milyon manat artıb.

Ötən ilin anoloji dövrü ilə müqayisədə isə bankların aktivləri 4  milyard 117 milyon 400 min manat və ya 24% çoxdur.

Mənbə: marja.az