Bankirlər ya neftçilər- kim daha çox qazanır? | Banco.az

Bankirlər ya neftçilər- kim daha çox qazanır?

Bankirlər ya neftçilər- kim daha çox qazanır?

Azərbaycanda ən yüksək əməkhaqqılar məhz maliyyə və neft və qaz (mədən çıxarma) sektorunda çalışanlar tərəfindən alınır.

Banco.az Dövlət Statistika Komitəsinə əsasən məlumat verir ki, maliyyə və sığorta sahəsində çalışanların orta aylıq əməkhaqqıları 1100-1200, mədənçıxarma sənayesində çalışanların məvacibi isə 1500-1600 civarında dəyişir. 2007-ci il ilə müqayisədə isə onların  əməkhaqqılarında müvafiq olaraq, 59% və 78% artım müşahidə olunub. Növbəti pillədə isə informasiya və rabitə texnologiyaları sahəsinsdə çalışanlar dayanır. Onların əməkhaqqıları 600-700 arasında dəyişir. 

Digər sahələrdəki  əməkhaqqı artımı ilə cədvəldə tanış ola bilərsiniz.

Sahələrin adı

2007

2013

Artım rəqəmlə

Artım faizlə %

İqtisadiyyat üzrə – cəmi

215,8

425,1

209,3

97,0

Kənd təsərrüfatı,

86,7

217,9

131,2

151,3

Mədənçıxarma sənayesi

851,2

1516,3

665,1

78,1

Emal sənayesi

190,4

439,3

248,9

130,7

Elektrik enerjisi, qaz və buxar istehsalı,

226,6

467,2

240,6

106,2

Su təchizatı

135,6

324,9

189,3

139,6

Tikinti

372,3

625,5

253,2

68,0

Ticarət, nəqliyyat vasitələrinin təmiri

173,5

363,8

190,3

109,7

Nəqliyyat və anbar təsərrüfatı

226,6

536,3

309,7

136,7

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

212,3

444,6

232,3

109,4

İnformasiya və rabitə

364,2

675,4

311,2

85,4

Maliyyə və sığorta fəaliyyəti

707,8

1126,4

418,6

59,1

Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

104,9

293,9

189,0

180,2

Peşə, elmi və texniki fəaliyyət

556,2

667,1

110,9

19,9

İnzibati və yardımçı xidmətlərin göstərilməsi

534,2

583,9

49,7

9,3

Dövlət idarəetməsi və müdafiə, sosial təminat

209,1

455,0

245,9

117,6

Təhsil

145,4

293,6

148,2

101,9

Səhiyyə və sosial xidmətlər

94,2

181,6

87,4

92,8

İstirahət, əyləncə və incəsənət sahəsi

103,8

220,6

116,8

112,5

Digər sahələr

155,3

377,6

222,3

143,1

Ən sərfəli kredit üçün müraciət et