Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan 108.1 mln. ABŞ dolları dəyərində pambıq ixrac edib.
Bu, illik müqayisədə 17.5 milyon dollar və ya 13.9% azdır.
Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. Bildirilib ki, 2024-cü ilin ilk 7 ayında ayında pambıq ixracının ümumi dəyəri 125.6 milyon dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11,4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib.