Müəllif: Gülnar Əhmədli, Banco.az
Cari ilin avqustun 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 529.4 milyon manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Qeyd edək ki, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 0.4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 16.7% artıb.
Avqust ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1.7% təşkil edib.