“Bank VTB” ASC 2016-cı ilin oktyabr ayının 1-nə olan maliyyə nəticələrini açıqlayıb.
Banco.az xəbər verir ki, cari ilin 3-cü rübündə bankın cəmi aktivləri 431 mln. 934 min manat olub.
Bankın aktivləri ARTIB.
Bankın aktivlərinin həcmi ötən ilin 3-cü rübü ilə müqayisədə 16,7% və ya 61 mln. 973 min manat artıb.
Sözügedən dövrdə bankın kredit portfeli 319 mln. 828 min manat olub. 2015-ci ilin sentyabr göstəricilərində bankın kredit portfeli 313 mln. 607 min manat həcmindı idi.
Cari ilin ilk 9 ayında bankda yerləşdirilən depozitlərin həcmi 57 mln. 994 min manat olub. Keçən ilin eyni dövrü ilə müqayisədə depozit portfelində 23,7% artım var.
Bankın kapitalı AZALIB.
2016-cı il 3-cü rübün yekununda bankın cəmi kapitalı keçən ilin eyni dövrü ilə müqayisədə 8 mln. 441 min manat azalaraq 36 mln. 905 min manat olub.
Bank dövrü ZƏRƏRLƏ başa vurub.
Bu ilin 1 oktyabrına olan maliyyə nəticələrinə əsasən bank dövrü 2 mln. 265 min manat zərərlə başa vurub.
Qeyd edək ki, keçən ilin eyni dövründə bankın ümumi zərəri 4 mln. 272 min manat idi.
Bank VTB (Azərbaycan) ASC-nin səhmlərinin 51.0%-i Rusiya tərəfinə (Bank VTB ASC), 48.99% və 0.01% – Azərbaycan tərəfinə (uyğun olaraq “AtaHolding” ASC və fiziki şəxs) məxsusdur.