Banco.az portalı Bank VTB (Azərbaycan)-nın məlumatına istinadən bildirir ki, bankın səhmdarları sentyabrda görüşəcək.
Məlumata əsasən, 21 sentyabr 2017-ci il tarixində Bank VTB (Azərbaycan) səhmdarlarının növbədənkənar iclası keçiriləcək.
Toplantı saat 11:00 - da bankın Xətai prospekti, 38 ünvanında yerləşən baş ofisində keçiriləcək. İclasın müzakirə mövzusu açıqlanmır.
Qeyd edək ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.