Bank VTB (Azərbaycan) aktivlərin və uzunmüddətli kreditləşmənin dinamikasına görə ölkə bankları sırasında liderdir – renkinq | Banco.az

Bank VTB (Azərbaycan) aktivlərin və uzunmüddətli kreditləşmənin dinamikasına görə ölkə bankları sırasında liderdir – renkinq

Bank VTB (Azərbaycan) aktivlərin və uzunmüddətli kreditləşmənin illik dinamikasına görə ölkə bankları sırasında liderdir. 

Xatırladaq ki, 2013-cü ilin yekunları üzrə Bank VTB (Azərbaycan) ASC-nin aktivləri 2,4 dəfə, uzunmüddətli kreditlərin həcminə görə isə 2,5 dəfə artmışdır.

Həmçinin, Bank VTB (Azərbaycan) kredit portfelinin artım dinamikasına görə ölkə bankları sırasında ikinci yerdə, depozit portfelinin illik dinamikası üzrə isə birinci yerdədir.

Beləliklə, ötən ilin yekunları üzrə bankın kredit portfeli 2,6 dəfə artıb. Habelə, VTB (Azərbaycan) kredit portfelinin həcminə görə ölkə bankları sırasında 18-ci yerdə, fiziki şəxslərə verilən kreditlərin həcminə görə isə 16-cı yerdə qərarlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Mənbə: trend.az 

Ən sərfəli krediti almaq üçün müraciət et