Bank tərəfindən müştərilərə verilən kreditlərinin həcmi artıb | Banco.az

Bank tərəfindən müştərilərə verilən kreditlərinin həcmi artıb

“AFB Bank” ötən ilin yekun maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın dərc etdiyi hesabatlara əsasən xəbər verir ki, 2016-cı ilin 4-cü rübündə bankın cəmi aktivləri 300 mln. 446 min manat olub. Bankın aktivləri keçən ilin 3-cü rüb göstəriciləri ilə müqayisədə 2,2% artıb. 

Qeyd edək ki, 2015-ci ilin yekununda bankın cəmi aktivləri 308 mln. 730 min manat təşkil edirdi.

Bankın kapitalı isə ötən ilin 3-cü rübü ilə müqayisədə 4,8 mln. manat azalaraq 81 mın. 134 min manat həcmində qeydə alınıb.

Sözügedən dövrdə bankın kredit portfeli 225 mln. 399 min manat olub, bu isə keçən ilin 1-ci rübü ilə müqayisədə 20%-ə qədər artım deməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi 4-cü rübdə azalaraq 96 mln. 723  min 650 manat olub. Qeyd edək ki, bu göstərici keçən ilin ilk rübündə 175 mln. 444 min manat, 2-ci rübündə 108 mln. 910 min manat, 3-cü rübdə isə 99 mln. 407 min manat olub.

Bank ili mənfəət ilə başa vurub. 30 dekabr 2016-cı ildə bankın mənfəəti 3 mln. 359 min 913 manat olub. Vergilər çıxıldıqdan sonra isə bankın xalis mənfəəti 2 mln. 554 min 217 manat olub.

AFB Bank  2008-ci ildən Azərbaycan Mərkəzi Bankı tərəfindən  aldığı 253 saylı lisenziya əsasında fəaliyyət göstərir.