Ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin bu gün keçirilən ilk iclasında quruma sədr seçmək mümkün olmayıb.
Kreditorların təklifi ilə bu məsələnin 1 həftədən sonra müzakirə edilməsinə qərar verilib.
Bununla yanaşı, kreditorlar bankdan alacağı olan Xəzər Universitetinin İnkişaf Mərkəzinin rəhbəri Raziyə İsayevanı Kreditorlar Komitəsinin iclasının katibi seçiblər.
Mənbə: Report.az