"Bank sistemindә iri hәcmli likvidlik profisiti qalmaqda davam edib" | Banco.az

"Bank sistemindә iri hәcmli likvidlik profisiti qalmaqda davam edib"

Cari ilin I rübündә kredit aktivliyinin yüksәlmәkdә davam etmәsinә baxmayaraq bank sistemindә iri hәcmli likvidlik profisiti qalmaqda davam etmişdir. Bu da Mәrkәzi Bankın hәyata keçirdiyi sterilizasiya әmәliyyatlarına yüksәk tәlәbi şәrtlәndirmişdir.

Bu, Mərkəzi Bankın “Yanvar- Mart 2019” Pul Siyasəti İcmalında bildirilir.

İcmalda qeyd edilib ki, 2019-cu ilin I rübündә Mәrkәzi Bank milli valyutada sәrbәst vәsaitlәrin cәlb olunması üzrә 13 depozit hәrracı, notların yerlәşdirilmәsi üzrә 13 hәrrac keçirmişdir. Depozit әmәliyatları vasitәsilә vәsaitlәr 14 gün müddәtinә cәlb edilmiş, notlar isә 28 gün müddәtinә yerlәşdirilmişdir. Hesabat dövrünün sonuna depozit hәrracları vә notların yerlәşdirilmәsi vasitәsilә cәlb edilәn vәsaitin cәmi qalığı 1.68 mlrd. manat olmuşdur

Ən sərfəli kredit üçün müraciət et

Bundan depozit әmәliyyatları ilә cәlb edilmiş vәsaitlәr 700 mln. manat, notların yerlәşdirilmәsi nәticәsindә cәlb edilәn vәsaitlәr isә 983.3 mln. manat tәşkil etmişdir. Rübün sonuna depozit hәrracları vә notların yerlәşdirilmәsi vasitәsilә cәlb edilәn vәsaitin qalığı ilin әvvәli ilә müqayisәdә 1.5% azalmışdır.

Dәhlizin aşağı hәddinin aşağı salınması ilә sterilizasiya әmәliyyatları üzrә gәlirliyin aşağı düşmәsinә baxmayaraq tәlәb tәklifi keçirilәn depozit hәrraclarında 2.4 dәfә, notların yerlәşdirilmәsi üzrә hәrraclarda isә 2.1 dәfә üstәlәmişdir. Bu bank sistemindә izafi likvidliyin yüksәk olaraq qalmaqda olduğunu göstәrir. İzafi likvidlik şәraitindә I rübdә açıq bazar әmәliyyatları olaraq depozit әmәliyyatları vә notların yerlәşdirilmәsi üzrә faiz dәrәcәlәri faiz dәhlizinin aşağı hәddinә yaxın sәviyyәdә formalaşmışdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et