Bank sirrini ələ keçirməyə görə cərimələnmə qaydası dəyişir | Banco.az

Bank sirrini ələ keçirməyə görə cərimələnmə qaydası dəyişir

Kommersiya və ya bank sirri təşkil edən məlumatların qanunsuz yolla əldə edilməsi və ya yayılmasına görə cəriməyə dəyişiklik ediləcək.

Bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, yüz min manatadək ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Təklif edilən dəyişikliyə əsasən, bu əməllər nəticəsində az miqdarda ziyan dedikdə artıq yüz min manata qədər deyil, iki yüz min manatadək olan ziyan nəzərdə tutulacaq.

Başqa sözlə, sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri təşkil edən məlumatların tamah və ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsinə və ya yayılmasına görə, bu, iki yüz min manatadək ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə ediləcək.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et