“Bank Silk Way” keçən ilin yekun maliyyə nəticələrini açıqladı | Banco.az

“Bank Silk Way” keçən ilin yekun maliyyə nəticələrini açıqladı

“Bank Silk Way” ötən ilin yekun maliyyə nəticələrini açıqlayıb.

Banco.az bankın dərc etdiyi hesabatlara əsasən xəbər verir ki, 30 dekabr 2016-cı ildə bankın cəmi aktivləri 403 mln. 992 min 870 manat olub. Bankın aktivləri keçən ilin 30 sentyabr göstəriciləri ilə müqayisədə 2%, yəni 10 milyon 485 min manat artıb. 

Qeyd edək ki, 2015-ci ilin yekununda bankın cəmi aktivləri 361 mln. 953 min manat təşkil edirdi.

Kapital göstəriciləri isə keçən ilin 3-cü rübünə nisbətən 3% artaraq 116 mln. 461 min 707 manat qeydə alınıb.

Sözügedən dövrdə bankın kredit portfeli 388 mln. 332 min 684 manat olub, bu isə keçən il ilə müqayisədə 15,6% artım deməkdir.

Müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi 170 mln. 44 min 928 manat olub.

Bank ili mənfəət ilə başa vurub. 30 dekabr 2016-cı ildə bankın mənfəəti 1 mln. 879 min 733 manat olub. Vergilər çıxıldıqdan sonra isə bankın xalis mənfəəti 1 mln. 558 min 691 manat olub.

Qeyd edək ki, bank keçən ilin 2-ci rübündə 429 min manat zərərlə üzləşmişdi.

“Bank Silk Way” ASC davamlı olaraq milli miqyaslı universal maliyyə institutunun yaradılma strategiyasını həyata keçirir və hər növ müştəri kateqoriyalarına xidmət göstərir.