Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin yanvarın 1-i tarixinə 2 milyard 598 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bankların xarici öhdəlikləri illik müqayisədə 836,2 milyon manat və ya 47,5% artıb.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesabları və qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Bizi sosial şəbəkələrdən izləyin!!