Azərbaycanın bank sektorunun qiymətli kağızlara investisiyaları 4 milyard manata yaxınlaşıb.
30 sentyabr 2019-cu il tarixində qiymətli kağızlara investisiyalar 3 milyard 950 milyon 300 min manat təşkil edib.
Avqustun sonu ilə müqayisədə Sentyabrda bu investisiyalar 23 milyon 400 min manat, ötən ilin sonu ilə müqayisədə isə 363 milyon 800 min manat artıb.
Bankların qiymətli kağızlara cəmi investisiyaları 2016-cı ilin sonunda 414 milyon 600 min manat, 2017-ci ilin sonunda 2 milyard 498 milyon 500 min manat, 2018-ci ilin sonunda isə 3 milyard 586 milyon 500 min manat təşkil etmişdi.
Banklar vəsaitəri daha çox dövlət istiqrazlarına və Mərkəzi Bankın notlarına investisiya edirlər. Faktiki olaraq bu vəsaitlər də real sektorun maliyyələşdirilməsinə yönəlmir.
Marja