Bank sədri: "Bu il 6 milyon manat mənfəət gözləyirik" | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Bank sədri: "Bu il 6 milyon manat mənfəət gözləyirik"

"Bank VTB Azərbaycan" ASC-nin bu ilə 6 milyon manat mənfəətlə yekun vuracağı proqnozlaşdırılır.

Bunu "Bank VTB Azərbaycan"ın İdarə Heyətinin sədri Yevgeni Kirin bankın bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 9 aylıq mənfəətin ilin sonuna müəyyən qədər azalmasına baxmayaraq, bankın 2019-cu ildə mənfəətinin 6  milyon manat olacağı gözlənilir. Mənfəət nizamnamə kapitalının artırılmasına yönəldiləcək.

Mənfəətinin artmasına təsir edən müsbət amillərdən biri də kredit portfelinin 2 dəfə artması və problemli kreditlərinin həcminin azalmasıdır. Onun sözlərinə görə, problemli kreditlərin həcmi 65 milyon manata enib.

O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən uçot dərəcələrinin azaldılmasının bankın da kreditlər üzrə dərəcələrinin azalmasına təsir edəcəyi gözlənilir.

"Kredit portfelində artım əsasən korporativ-biznes portfelin artması hesabına baş verib. Məsələn, təkcə 4G tətbiqi ilə bağlı yerli mobil operatorla 22 milyon avroluq müqavilə imzalanıb", - deyə Y. Kirin bildirib.

Kredit portfelinin 60%-i hüquqi şəxslər və biznes kreditləri, 40%-i isə istehlak kreditləridir.

APA