Bank Respublika 2019-cu ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən, Bank birinci rübdə bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib və bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.
Belə ki, 31 mart 2019-cu il tarixinə bankın aktivləri 1 milyard manatı keçmişdir, bu da ötən ilin birinci rübünün göstəricisindən 47% çoxdur. Bundan başqa, Bankın məcmu kapitalı 28%, kredit portfeli 45%, depozit portfeli 60%, xalis mənfəəti isə 3 dəfədən çox artmışdır!
Hesabata əsasən, Bankın xalis faiz mənfəəti 2 dəfə artaraq 8,14 milyon manat, xalis əməliyyat mənfəəti isə 4 dəfədən çox artaraq 2,48 milyon manat təşkil etmişdir.
“Artıq bu ilin birinci rübündə Bank uğurlu nəticələr göstərmişdir, bunu aktiv olaraq artan müştəri bazası, eləcə də həm biznes həm də fərdi bankçılıq sahəsində əldə etdiyimiz maliyyə göstəriciləri təsdiqləyir. Bz müştərilərimizin etibarını yüksək qiymətləndiririk və bankın məhsul və xidmət çeşidini genişləndirməyə, eləcə də xidmətin rahatlığını və keyfiyyətini daha da artırmağa davam edəcəyik. Cari il ərzində biz bütün sahələr üzrə daha böyük nəticələr əldə edəcəyimizə inanır və ölkə iqtisadiyyatının inkişafı üçün drayver rolu oynayan kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə apardığımız aktiv işlərimizi davam etdirəcəyik”- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.