“Bank Respublika”nın Neftçilər filialı yeni konseptdə və yeni ünvanda | Banco.az

“Bank Respublika”nın Neftçilər filialı yeni konseptdə və yeni ünvanda

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, filial şəbəkəsinin təkmilləşdirilməsi və müştərilərin rahatlığının təmin edilməsi məqsədilə xidmət nöqtələrinin müasirləşdirilməsini davam etdirir.

Bank, “İlaxır çərşənbə” günü “Neftçilər” filialını yeni ünvanda müştərilərin ixtiyarına verib. Belə ki, Bankın “Neftçilər” filialı,  bundan belə, Bakı şəhəri, Q.Qarayev prospekti, 51/57 ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofisdə müştərilərə xidmət göstərəcək. Geniş ərazidə yerləşən və müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filialda müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

Təntənəli açılışda iştirak edən bankın rəhbərliyi yeni filialın açılışını bildirən rəmzi qırmızı lenti kəsərək filialı müştərilərin istifadəsinə verib. Qeyd edilib ki, Bankın strateji inkişaf proqramında həm yeni filialların açılışına, həm də mövcud olan filialların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.

Ən sərfəli kredit üçün müraciət et

“Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 32 filialı və 3 şöbəsi var. Bank, filial şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun olaraq bu il daha bir neçə yeni filial və şöbəni müştərilərin xidmətinə verməyi planlaşdırır.

Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et