Bank Respublika yeni tədris ili öncəsi işğaldan azad olunmuş torpaqlarımızda uşaqları sevindirdi
Keçirdiyi sosial yönümlü layihələri ilə cəmiyyətə və onun dəyərlərinə önəm verən Bank Respublika, növbəti sosial layihəyə imza atıb.
44 günlük Vətən müharibəsindən sonra Bank Respublika tərəfindən prioritet istiqamət kimi şəhid və qazı ailələrinə dəstək, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda sosial yönümlü layihələr həyata keçirmək seçilib. Bank bu istiqamətdə növbəti layihəsini işğaldan azad olunmuş torpaqlarımızda – Laçının Zabux kəndində reallaşdırıb.
Belə ki, yeni tədris ili ərəfəsində Bankın əməkdaşları işğaldan azad olunmuş torpaqlarımıza səfər edərək burada ilk dəfə məktəbə gedəcək uşaqlarla görüşüb. Görüşdə bankın əməkdaşları balacalara məktəb ləvazimatlarından ibarət məktəbli çantalar hədiyyə edib, onlara yeni biliklərə yiyələnməyi və gələcəkdə ölkənin faydalı mütəxəssisləri olmağı arzu ediblər.
Bankdan verilən məlumata əsasan, Bank ölkədə təhsilə və cəmiyyətin rifahına töhfə verəcək belə təşəbbüslərin gələcəkdə də davam etdirəcək.
Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.