26.08.2016 tarixindən etibarən “Bank Respublika”-nın kartları vasitəsi ilə milli valyutanın xarici valyutaya mübadiləsi baş verən bütün ölkədaxili əməliyyatlarının keçirilməsi dayandırılacaq.
Bankın yaydığı məlumata əsasən təklif edilən sərfəli mübadilə tariflərindən bəzi müştərilər tərəfindən sui-istifadə edilir.
Bankın plastik kart xidmətlərindən xaricdə istifadə edən müştərilərin əməliyyatlarını normal qaydada icra olunmasını təmin etmək məqsədilə də yeni limit tədbiq olunmuşdur.
Dayandırılan əməliyyat növləri:
– AZN valyutalı kartdlaran xarici valyutada Card to Card əməliyyatları;
-Xarici valyutalı kartlardan AZN valyutasında mədaxil əməliyyatları (Cash in, Cash to Card, POS-Credit);
– AZN valyutalı kartlardan xarici valyutada məxaric əməliyyatları (ATM, POS-Cash, Cash by Code);
-AZN valyutalı kartlardan xarici valyutada Card to Account əməliyyatları;
-Digər bankların kartlarından “Bank Respublika”-nın xarici valyutada olan kartına AZN ilə köçürmə əməliyyatları (Card to Card);
Limit və tariflər üzrə növbəti dəyişiklər haqqında bank tərəfindən məlumat veriləcək.
Qeyd edək ki, digər bankların kartlarından “Bank Respublika”-nın xarici valyutada olan kartına köçürmə edilirdi.