Bank Respublika kapitalını artırır! - AÇIQLAMA | Banco.az

Bank Respublika kapitalını artırır! - AÇIQLAMA

Bank Respublika kapitalını artıracaq! Belə ki, bu haqda bankın İdarə Heyətinin sədri Asəf Namazov, ötən ilin maliyyə göstəricilərini açıqlayarkən deyib.

Kredit portfelinin keyfiyyət baxımından dəyişməsinin qarşısını almaq məqsədilə bank il ərzində 15 milyon manat həcmində ehtiyyatların yaradılmasına ayırmalar edən bank, 2017-ci ili 10.5 milyon zərər ilə başa vurub.

“Qeyd etmək istərdim ki, bank 2017-ci ildən əvvəl verilmiş kreditlər üzrə yarana biləcək risklərin qarşısını almış oldu. Bununla bağlı kapitalın artımı barədə qərar qəbul edilmişdir.Bankın nizamnamə kapitalının artırılması istiqamətində aparılan proseslərin 10 Fevral 2018-ci ildə bitməsi nəzərdə tuturuq. Bankın nizamnamə kapitalının 10 milyon manat həcmində artırılaraq 67,5 milyon manata çatdırılması gözlənilir. Nizamnamə kapitalın artımı, bankın bazardakı mövqelərinin güclənməsinə yönəlmiş inkişaf strategiyası çərçivəsində həyata keçirilir. Bu investisiyalar bankın dayanıqlı inkişafına və etibarlığının möhkəmlənməsinə töhfəsini verəcək.Əlavə cəlb olunmuş vəsaitlər hesabına, bank bazarda yeni və innovativ layihələrin həyata keçirilməsini və müştərilərə təqdim olunan məhsulların yenilənməsini planlaşdırır.” - deyə, bankın İdarə Heyətinin sədri Asəf Namazov qeyd etdi.

Ən sərfəli kredit üçün müraciət et