Bank Respublika iqtisadçı media nümayəndələri üçün press-tur təşkil etdi | Banco.az

Bank Respublika iqtisadçı media nümayəndələri üçün press-tur təşkil etdi

22 iyul – Milli Mətbuat Günü ilə bağlı olaraq Bank Respublika ölkənin aparıcı media nümayəndələri üçün Göygöl rayonuna 2 günlük faydalı media-tur təşkil etdi.

Media-tur Milli mətbuatımızın banisi, görkəmli ədib və mütəfəkkir Həsən bəy Zərdabinin məzarı ziyarət edilməklə başladı. Daha sonra press tur iştirakçıları Göygöl Dövlət Təbiət Qoruğu səyahət edərək orada yerləşən otellərin birində Bankın Korporativ Satışlar Departamentinin əməkdaşları tərəfindən maraqlı və faydalı təlim keçdilər. İnteraktiv keçən təlimdə media nümayəndələri onları maraqlandıran suallara cavab tapa bildilər.

Ən sərfəli kredit üçün müraciət et

Media-turun ikinci günü iştirakçılar üçün Tərtər rayonunda yerləşən və Bank Respublikanın dəstək verdiyi biznes təsərrüfatlarından biri olan “Patron” günəbaxan tumlarının istehsal olunduğu müəssisəyə ekskursiya təşkil olundu. Ekskursiya zamanı müəssisənin əməkdaşları istehsal prosesi barədə jurnalistlərə dolğun məlumat verdilər.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et