Bank of Baku – Sizə yaxın bankçılıq | Banco.az

Bank of Baku – Sizə yaxın bankçılıq

Bizə, həqiqətən yaşadığım yerə ən yaxın Bank filialı Bank of Baku-ya məxsusdur. Amma zənnimcə bankın bizə yaxınlığı təkcə fiziki məkanla bağlı deyil. Telefonla, internetlə, sosial şəbəkələr vasitəsi ilə ən əlçatan banklardan biridir Bank of Baku, hər zaman yenilikçi, innovativ, dəyişikliklərə açıq və öz ənənələrinə sadiq.

Bank of. Baku bu il 20 yaşını qeyd edir.

1994-cü il 14 fevralda “Tuqay” bank adı altında Azərbaycanın ilk kommersiya banklarından biri kimi təsis edilib. Üç ildən sonra (1997.10.02)  bankın təsisçi qismində çıxış edən bir neçə fizik şəxs və həmçinin «Nab Dıs Ticaret» kompaniyasının qərarı ilə bankın adı dəyişdirilərək “Bank of Baku” olur.

2004-cü ildə Bank of Baku digər kommersiya bankı olan “İlkBank” ilə birləşir.

Bankın fəaliyyəti əsasən pərakəndə sektora yönəlib, bununla yanaşı Bank pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir və müştəri xidmətləri keyfiyyətinin artırılması istiqamətində səylə çalışır.

Ən sərfəli kredit üçün müraciət et

“Sizə yaxın bankçılıq”, “Bank of Baku”-nun - müştərilər və onların gündəlik qayğılarına mümkün qədər yaxın olmaq- fəlsəfəsini özündə cəm edir.

Bu gün bank of Baku-nun baş ofisdən əlavə 24 filialı vardır ki. onlarda 8-i regionlarda 16-sı isə Bakıda yerləşir.

Bankın səhmdarları

Bank rəqəmlərdə ( Bank of Baku haqqında bəzi maliyyə göstəriciləri)

Könül Soltanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et