Bank of Baku- İlin Bankı | Banco.az

Bank of Baku- İlin Bankı

Banco.az saytı 2014-cü ilin nəticələrinə görə maliyyə təşkilatları arasından İlin Ən Yaxşılarını seçib. Hər il olduğu kimi bu il də, portalımızda səsvermə 8 nominasiya üzrə keçirilib. Nominasiyalardan biri də İlin Bankıdır. Bu nominasiyada bütün banklar iştirak edir. Göstərdiyi xidmətlərə, təklif etdiyi məhsullara, yeniliklərə və innovasiyalara görə il ərzində seçilən bank İlin Bankı elan olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilki online səsvermə 5 mart- 5 aprel aralığını əhatə etdi. 1 ay davam edən səsvermədə Bank of Baku 23% (2243) səslə birincilik qazandı. Bank ilin ən yaxşısı adına layiq görüldü.

Mükafat şirkətimiznin direktoru Fərid İslamov tərəfindən, Bank of Bakunun İdarə Heyəti sədrinin müavini  Zaur Qaraisayevə təqdim olunub.