Bank of Baku-dan yaşıl dünya naminə növbəti tədbir: bu dəfə məktəblilərlə əl-ələ! | Banco.az

Bank of Baku-dan yaşıl dünya naminə növbəti tədbir: bu dəfə məktəblilərlə əl-ələ!

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirdiyi layihələrlə təbiətə və ətraf mühitə diqqətini göstərən Bank of Baku-nun növbəti tədbiri baş tutub.

Bank bu dəfə “Yaşıl dünya naminə əl-ələ verək!” şüarı ilə Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə 5-6-cı sinif şagirdlərini əhatə edən tədbir təşkil edib.

COP29 ərəfəsində keçirilən tədbirin əsas məqsədi dünyanın gələcəyinin uşaqlar olduğunu nəzərə alaraq, onların da diqqətini dünyanın, ətraf mühitin qorunmasına çəkmək və uşaqlarla birgə yaşıllıq sahələrinin artırılmasına töhfə verməkdir.

Bir neçə hissədən ibarət olan tədbirdə ilk olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları şagirdlərə biomüxtəliflik, iqlim dəyişikliyi, eləcə də ölkəmizdə baş tutacaq COP29 tədbiri barədə maarifləndirici məlumatlar verib.

Daha sonra uşaqlar üçün eko təlim təşkil olunub. Təlim müddətində uşaqlar yer planetindəki mühitin kiçildilmiş modeli olan terrariumlar hazırlayıblar. Akvariumlarda təbiətin bir parçası olan müxtəlif materiallarla öz kiçik ekoloji mühitlərini yaradıblar.

Təlimin sonunda bankın əməkdaşları və şagirdlər məktəbin həyətyanı sahəsində Eldar şamı ağacları əkib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Bank of Baku-nun əməkdaşları daha öncə Xəzər dənizi sahillərinin tullantılardan təmizlənməsi aksiyasında iştirak etmiş, eləcə də Müşfiqabad qəsəbəsində 300-dən çox ağacın əkilməsi ilə nəticələnən ağacəkmə aksiyasını təşkil etmişdi.

Bankın “Təbiətə Yaxın Bankçılıq” şüarı altında tədbirləri və maarifləndirmə işləri davam edir.

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com 

www.facebook.com/bankofbaku