"Bank of Baku" 30 il ərzində böyük işlərə imza atıb: Bunların əksəriyyəti ilklərdən ibarətdir | Banco.az

"Bank of Baku" 30 il ərzində böyük işlərə imza atıb: Bunların əksəriyyəti ilklərdən ibarətdir

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Bank of Baku" ölkənin bank sektoruna 14 fevral 1994-cü ildə daxil olub. O illərdə bank "Tuqay" kommersiya bankı kimi yaradılmışdı. 1997-ci ildə adını dəyişdirilərək "Bank of Baku" olmuşdu. 2005-ci ildə isə "Bank of Baku" və "İlkbank" kommersiya banklarının birləşməsi ilə Mərkəzi Bank yeni "Bank of Baku"nun fəaliyyəti üçün lisenziya vermişdi". 

Banco.az xəbər verir ki, bunu "Bank of Baku"nun Müşahidə Şurasının sədri Elçin İsayev müsahibəsində deyib.

O qeyd edib ki, sonrakı illərdə isə artıq bir çox maliyyə təşkilatlarının üzvünə çevrildik, filiallarımızı yaratdıq, paytaxt hüdudlarından keçərək regionlarda yaşayan müştərilərimizə də yaxın olmaq üçün region filiallarımızı istifadəyə verdik: "Bütün bunlarla yanaşı, kifayət qədər yeniliklərə və ilklərə imza ataraq – İlklərin Bankı ola bildik". 

Elçin İsayevin sözlərinə görə, "Bank of Baku" 30 il ərzində böyük işlərə imza atıb. Bunların əksəriyyəti isə ilklərdən ibarətdir: 

Ən sərfəli kredit üçün müraciət et

lkəyə ilk dəfə "Cash in" ödəniş terminallarını gətirən, ilk dəfə kredit rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə imkanı, krediti onlayn ödəmə imkanı təqdim edən, İVR sistemli Məlumat Mərkəzini yaradan, kobrend kartlardan istifadə imkanı verən və bir çox bu kimi yeniliklərə imza atan bank məhz "Bank of Baku" olub". 

Müsahibənin davamını oxumaq üçün keçid edin: Müsahibə 

Qeyd edək ki, "Bank of Baku" 2023-cü ildə 25 milyon 458 min manat xalis mənfəət əldə edib. 2023-cü ilin dekabr ayının sonuna bankın aktivlərinin həcmi 870 milyon 889 min manat olub ki, bu da illik  müqayisədə 169 milyon 658 min manat və ya 24,2% çoxdur.

Hesabat ilində bankın kredit portfelinin həcmi 659 milyon 43 min manat, depozit portfelinin həcmi isə 515 milyon 767 min manat olub.

30 ilə yaxındır ki, fəaliyyət göstərən bank paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.

Bankın 2023-cü ilə olan bütün maliyyə göstəriciləri ilə tanış olmaq üçün keçid edin: Bankların 2023-cü ilin IV rübü üzrə maliyyə göstəriciləri – SİYAHI