Bank of Baku 24/7 dayanıqlı bank sisteminə keçidi həyata keçirir | Banco.az

Bank of Baku 24/7 dayanıqlı bank sisteminə keçidi həyata keçirir

R-Style Softlab və Bank of Baku RS-Bank V.6 avtomatlaşdırılmış bank sisteminin (ABS) modernləşdirilməsi haqqında müqavilə imzalayıb.

Sistemin mövcud versiyasını daha müasir bir sistemə yüksəltmək banka imkan verəcək ki, əsas fəaliyyət istiqamətlərini səmərəli inkişaf etdirməyə, müştəri xidmətinin keyfiyyətini artırmağa və əməliyyat risklərini azaltmağa nail olsun.

Bankın IT xidmətinin rəhbəri Anar Abbasov qeyd edib ki, ABS-nin yeni versiyasına keçid layihəsinin reallaşdırılması nəticəsində Bank of Baku müasir tələblərə və bank avtomatlaşdırması sahəsində tendensiyalara cavab verən sistem əldə etməyi planlaşdırır.

“Biznesin başlıca sahələrinin IT infrastrukturunun yenilənməsi şərait yaradacaq ki, pərakəndə və korporativ müştərilər üçün xidmətlərin cəlbediciliyini artırmağa, 24/7 rejimində sürətli ödəmələr və müxtəlif növ bank əməliyyatları həyata keçirməyə imkan verən müasir bankçılıq yaratmağa və bununla da Azərbaycanın maliyyə bazarındakı mövqeyimizi möhkəmləndirməyə müvəffəq olaq”,― Anar Abbasov vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

R-Style Softlab-ın RS-Bank baş direktorunun müavini və Bank proqram təminatı şöbəsinin direktoru Rinat Kərimov qeyd edib ki, Bank of Baku uzun müdddətdir ki, şirkətin müştərisidir və demək olar on ildir ki, onun həll yollarından istifadə edir:

“ABS RS-Bank V.6-nın müasir versiyasının tətbiqi maliyyə institutuna gələcək inkişafa istiqamətlənmiş iddialı planların icrası üçün zəruri olan funksionallığı artırmağa kömək edəcəkdir.

Bu irimiqyaslı layihənin yol xəritəsi gerçəkləşdirilməsi 3 illik birgə əməyi nəzərdə tutan üç mərhələdən ibarətdir. Mütəxəssislərimiz bankda işlərə başlayıblar. Cari ildə sistemin əsasını dəyişdirməyi və ABS-nin bankın ön ofis sistemi ilə onlayn inteqrasiyasına keçidi əhatə edən birinci mərhələni həyata keçirməyi planlaşdırırıq. Bu da öz növbəsində maliyyə təşkilatının müştərilərlə 24/7 işləməsinə imkan verəcəkdir”.

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et