"Bank of Azerbaijan"ın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib | Banco.az

"Bank of Azerbaijan"ın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib

"Bank of Azerbaijan"ın Müşahidə Şurası və İdarə Heyətinin tərkibi yenilənib.

Bankdan Trend-ə verilən məlumata görə, mayın 19-da "Bank of Azerbaijan" ASC-nin Səhmdarların Növbədənkənar Ümumi Yığıncağı keçirilib.

İclasda bankın Müşahidə Şurası və İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

Qərara əsasən, İsmayılov Mehman Məmməd oğlu Müşahidə Şurasının sədri, Cavadov Cavid Yusif oğlu və Əliyev Araz İsmayıl oğlu Müşahidə Şurasının üzvü seçiliblər.

Onu da bildirək ki, Müşahidə Şurasının sədri təyin olunmuş İsmayılov Mehman Məmməd oğlu “Bank Technique” ASC-də  Audit Komitəsinin sədri idi.

Ən sərfəli kredit üçün müraciət et

Aslanov Məhəmmədəli Mahir oğlu İdarə Heyəti sədrinin v.m.i.e, Orucov Fərid Eldar oğlu və Orucov Fərid Temraz oğlu İdarə Heyəti sədrinin müavinləri, Kərimov Elşad Oqtay oğlu və Xəlilov Nicat Nizami oğlu isə İdarə Heyətinin üzvü seçiliblər.

Qeyd edək ki, bundan əvvəl bankın Müşahidə Şurasının sədri Hafiz Məmmədov idi.

Mənbə: trend.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç