İyun ayında bank müştərilərinin sayı 6 mln 69 min 436 nəfər təşkil edir. Belə ki, ölkə əhalisinin 61%-i bank müştərisinə çevrilib. 2018-ci ilin yanvarından bank müştərilərinin sayı 4% artıb. Belə ki, yanvar ayında bu göstərici 5 mln 815 min nəfər idi.
Ölkədə bank müştərisi olan 98% əhali fiziki şəxs, 2 % isə hüquqi şəxsdir. Fiziki şəxslərin 95 min 280 nəfəri sahibkarlıqla məşğul olur.
Maraqlı məqam ondadır ki, ölkədə iyun ayında 16 mln 979 min 635 ədəd bank hesabı mövcuddur. Yəni adam başına təqribən hər bir nəfərə 3 bank hesabı düşür.
Cari hesab |
Kredit hesabı | Depozit hesabı |
14 161 315 |
248 41 36 | 33 41 84 |
Ölkədə müştəri hesablarından 84% cari, 15%-i kredit, 2%-i də depozit hesabıdır.
Cari hesablardan təqribən 14 mlnu, yəni 99%-i fiziki şəxlərə, 190 mini təqribən 1%-i hüquqi şəxslərə mənsubdur. Fiziki şəxslərin cari hesablarından 273 mini sahibkarlara aiddir.