Ölkədə fəaliyyət göstərən kommersiya banklarının may ayının 1-ə iqtisadiyyata kredit qoyuluşları 15 mlrd. 54,4 mln. manat təşkil edib.
Banco.az Mərkəzi Banka (AMB) istinadən xəbər verir ki, beləliklə, apreldə iqtisadiyyata kredit qoyuluşu 0,16% və ya 24,5 mln. manat azalıb.
Ötən ilin analoji dövrü ilə müqayisədə isə iqtisadiyyatın kreditləşməsində 17,33% və ya 3 mlrd. 155,4 mln. manat azalma baş verib.