Bank kredit vermədikdə necə davranmaq lazımdır? | Banco.az

Bank kredit vermədikdə necə davranmaq lazımdır?

İstehlakçılar baxımından baxdıqda kredit müraciətinin rədd edilməsi bir çox sualları özü ilə bərabər gətirər. Etdiyiniz müraciət rədd edilsə, başqa bir bankdan kredit ala bilərsinizmi? Ən əsası da, müraciətinizin rədd edilməməsi üçün necə davranmaq lazımdır?

Bankların kredit siyasətində fərqliliklər olduğu üçün istehlakçılar bəzi nüanslarda diqqətli olmalıdırlar:

1. Romantikliyi Buraxıb Realist Olmaq Lazımdır.

İlk öncə bankların mənfəət məqsədli bir ticarət təşkilat olduğunu, təşkilatın davamlılığı üçün də ağıllı bir tacir kimi davranmalı olduğunu qəbul etməklə başlamaq və mövzunu romantiklikdən uzaqlaşdırmaq lazımdır. Bank ilə müraciət sahibi arasındakı kredit əlaqəsi ticari bir əlaqədir və hər iki tərəf ilk öncə riskini və qazancını hesablayır. Müraciət sahibinin istədiyi bankı seçmək hüququ olduğu kimi bankların da ödəniş zamanı problem yaşamayacağı şəxslərə kredit verməyi seçmə hüququ olduğunu unutmamaq lazımdır. Bu münasibəti mənimsəmək, kredit almaq istəyənlər üçün nəticəyə istiqamətli davranışlar sərgiləmək üçün əhəmiyyətli bir addımdır. Hirslənmək, deyinmək sadəcə sizi rahatlaşdırar, problemi həll etməz!

2. Kredit verə bilməyəndə bank da sizin qədər üzülür.

Banklar kredit məhsullarını xalqa çatdırmaq üçün marketinq və reklam fəaliyyətlərinə çox pul xərclədiyinə görə, kredit vermə istəkləri açıqca ortadadır. Banklar xüsusilə kredit reklamları üçün bir çox məcranı güclü şəkildə istifadə edirlər. Yalnız bunları düşündükdə belə, təsdiq etmədikləri kreditlər üçün özlərinə görə etibarlı səbəbləri olduğu nəticəsinə gəlmək olar. Elə isə kreditinizin niyə təsdiqlənmədiyini öyrənməklə işə başlaya bilərsiniz. İnanın ki, kredit verə bilmədiyi üçün bank da ən az sizin qədər üzülür.

3. Gəlir səviyyəniz kafi hesab olunmadı?

Bank almaq istədiyiniz kredit üçün kafi gəliriniz olmadığını düşünürsə və sizin əlavə gəlirləriniz (kirə gəliri, yoldaşınızın ya da digər ailə fərdlərinin gəlirləri) varsa onu  bəyan edə bilərsiniz. Ümumiyyətlə, sənədləşdirilən gəlirlər əsas götürülsə də əlavə gəlirlərinizdən də bəhs etməyiniz faydalı olar. Kirayə, kommunal xərclər kimi məsuliyyət daşıyan xərcləriniz haqqında da məlumat verin. Əgər siz bu krediti nizamlı qaydada ödəyə biləcəyinizi düşünürsünüzsə bankı razı salmağın yolu tapıla bilər. Ancaq siz də bu məsələdə şübhəlisinizsə kredit götürmək barədə bir dəfə də düşünməyiniz də fayda var.

Ən sərfəli kredit üçün müraciət et

4. Keçmişiniz qarşınıza çıxdı?

Gecikdirilmiş kreditlər, ödənməmiş qəbzlər bütün bunlar bankın sizə kredit verməməsi üçün səbəb ola bilər. Əgər göstərilən səbəblər sizə aid deyilsə, siz bunu sübut edə bilərsiniz. Yox əgər həqiqətən bu tip gecikdirmələr olubsa, siz girov qoya biləcəyinizi bildirərək yenidən kredit müraciətinizin dəyərləndirilməsini təklif edə bilərsiniz.

5. Başqa bankları sınayın

Bir bankdan kreditinizin rədd edilməsi bütün bankların kredit müraciətinizlə əlaqədar eyni istiqamətdə qərar verəcəyi mənasını verməz. Hər bankın kredit təsdiq siyasəti fərqlidir. Bir bankın riskli qrupda gördüyü bir müştəri digər bir bank üçün kredit verməyə uyğun bilər.

6. İflasa az qalmışkən kredit istəməyin 

"Uçan quşa borcum var, bankım, qurtar məni!" deyirsinizsə, sözün düzü işiniz çətindir. Bu mövzuda ilk təklifimiz işlər bu hala gəlmədən həll yolu tapmağa çalışın. "Artıq hər şey üçün çox gecdir" deyirsinizsə, bu vəziyyətdə edilə biləcək ən doğru şey yeni bir banka müraciət etmək əvəzinə, borcunuzun ən çox olduğu banka müraciət etməkdir. Çünki bir başqa bank borc qalığınızın ödənmədiyini görə-görə bu riski üstünə götürmək istəməyəcək, ancaq mövcud bank, kreditləri heç ödəyə bilməmək ehtimalınızı dəyərləndirərək bir həll yolu olub olmadığını sorğulayacaqdır.

 

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et