Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 360 min ədəd artaraq 16 milyon 925 min ədəd təşkil edib.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 24.2% artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 24.6%, kredit kartları üzrə 21.5% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 122 min, kredit kartları 393 min, digər kartlar isə 2.7 mln. ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb. 2023-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 5,798 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 4,801 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 987 mln. manatı POS-terminallar, 9 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 55.6%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!