Bank "BTB" ASC Ümumi şöbənin aparıcı mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.
2010-cu ildə təsis edilmiş Bank "BTB" ASC hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
İş barədə məlumat:
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin və Audit Komitəsinin iclaslarının çağırılmasının təşkili, qeyd olunan protokolların tərtib edilməsi
- Səhmdarların Ümumi Yığıncağının, Müşahidə Şurasının, İdarə Heyətinin, Audit Komitəsinin və daxili komitələrin protokollarının və bankdaxili normayaradıcı sənədlərin reyestrinin təşkil edilməsi və aparılması
- Sərəncamların, əmrlərin, məktubların və sairə korporativ sənədlərin hazırlanması və redaktə edilməsi,
- Kargüzarlıq və sənəd dövriyyəsi barədə bankdaxili qaydaları hazırlanması, müvafiq təsdiqdən sonra onun icrasını təmin edilməsi;
- Şöbənin əsasnaməsi ilə müəyyən olunan və rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
Namizədə tələblər:
- Ali təhsil;
- Bank sahəsində 1 il iş təcrübəsi, müvafiq vəzifə üzrə iş təcrübəsi üstünlükdür;
- Azərbaycan dili mükəmməl olmalı (nitq və yazı);
- Kompüter bilikləri: Microsoft Office Programs (Word, Excel) mütləkdir;
- Stressə davamlılıq, komandada işləmək bacarığı;
- Səliqəli və dəqiq olmalı;
- Digər struktur bölmələri ilə ünsiyyət və münasibət qura bilmə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) 18.08.2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Ümumi şöbənin aparıcı mütəxəssisi) göstərməyiniz xahiş olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!