“Bank Avrasiya” qiymətli kağızlara investisiyanı ARTIRIB | Banco.az

“Bank Avrasiya” qiymətli kağızlara investisiyanı ARTIRIB

Bank Avrasiya qiymətli kağızlara investisiyanı artırıb. Ötən ilin birinci yarısına bank aktivlərindən  30 mln 186 min manatı qiymətli kağızlara ayırdığı halda bu ilin birinci yarısında bu rəqəmi 50.14% artıraraq 45 mln 324 min manata çatdırıb.

Məlumat üçün bildirək ki, banklar əsasən dövlət istiqrazlarını və Mərkəzi Bankın notlarını alırlar.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Bank Avrasiya”nın aktivləri bu ilin birinci yarısında 195 mln 897 min manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% çoxdur.

Qeyd edək ki, “Bank Avrasiya” ASC bu ilin 1-ci yarısını 2 mln 634 min manat mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,3% azdır

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et