Bank aktivləri qeyri-neft ÜDM-in 78 faizinə çatıb | Banco.az

Bank aktivləri qeyri-neft ÜDM-in 78 faizinə çatıb

Mərkəzi Bank: Azərbaycanın bank sektorunun aktivləri qeyri-neft ÜDM-in 78 faizinə çatıb

Son 2,5 il ərzində Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı iki dəfədən çox artıb. Trend-ə istinad edən Banco.az-ın məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov cümə günü Bakıda keçirilən MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda bankların məcmi kapitalına qarşı minimum tələbin beşqat artırılması haqqında qərarın qəbulundan sonrakı dövr ərzində bank sektorunun kredit-investisiya potensialı 2 dəfədən çox artıb: "Bankların kapitalına qarşı minimum tələbinin 5 qat artırılması haqqında qərar təkcə bazar kapitalının say baxımından artımını təmin etməyə imkan vermədi. Bunun sayəsində bank sektoru keyfiyyətcə yeni səviyyəyə qədəm qoydu".

Ən sərfəli kredit üçün müraciət et

R.Orucov qeyd edib ki, bu dövrdə Azərbaycanın bank sektorunun respublikanın qeyri-neft ÜDM-nə qarşı nisbəti 62 faizdən 78 faizədək artıb: "Hazırda kapitallaşma üzrə yeni tələbə bank sektorunun aktivlərinin 99 faizindən çoxunu formalaşdıran banklar cavab verir. Cari ilin əvvəlindən sektorun aktivləri 15 faiz, kredit qoyuluşları 15 faiz, əmanətlər 9 faiz artıb, bankların məcmu kredit portfelində vaxtı ötmüş krteditlərin səviyyəsi isə 5,6 faiz təşkil edir".

Onun fikrincə, kapitallaşmanın artırılması bankların təqdim edilən xidmətlərin keyfiyyətini yaxşılaşdırmasına imkan verib və bazarda rəqabəti artırıb: "AMB kapitallaşmanın sürətlə artırılması ilə paralel olaraq banklarda korporativ idarəetməyə və risk menecmentliyinə qarşı tələbləri sərtləşdirib".

Ən sərfəli krediti almaq üçün müraciət et