Balıqçılıq təsərrüfatının genişləndirilməsi üçün güzəştli kredit ayrılıb | Banco.az

Balıqçılıq təsərrüfatının genişləndirilməsi üçün güzəştli kredit ayrılıb

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu “Beluqa Astara” MMC-nin təqdim etdiyi, rayonda balıqçılıq təsərrüfatının genişləndirilməsi layihəsinə 500 min manat kredit ayırıb.

Bu barədə nazir Mikayıl Cabbarov "Twitter"də məlumat paylaşıb.

Xatırladaq ki, Sahibkarlığın İnkişafı Fondu ölkə Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et