"Balansda 380 milyon dollarlıq profisit yaranıb" | Banco.az

"Balansda 380 milyon dollarlıq profisit yaranıb"

Cari ilin ilk rübünün yekunlarına görə, Azərbaycanın cari əməliyyatlar balansında 380 mln. ABŞ dolları həcmində profisit yaranıb. 

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib: "Bu, iki illik kəsirdən sonra ilk profisitdir".

Ən sərfəli kredit üçün müraciət et

E.Rüstəmovun sözlərinə görə, cari hesab ilin sonunda müsbət saldoya malik olacaq: "Neftin hazırkı qiymərlərində və cari idxal-ixrac trendlərində cari hesabın müsbət saldoya malik olacağını, onun bir qədər də artacağını proqnozlaşdırırıq"

© Report