Bakıda beynəlxalq ekspert tərəfindən “Uğurlu Layihələrin Sirləri” adlı master-klass keçiriləcək | Banco.az

Bakıda beynəlxalq ekspert tərəfindən “Uğurlu Layihələrin Sirləri” adlı master-klass keçiriləcək

6 mart 2020-ci il, Bakıda, Rusiyanın ən çox titula sahib layihə meneceri Vadim Boqdanov “Uğurlu Layihələrin Sirləri” adlı master-klass keçirəcək və layihələrin idarə edilməsi sahəsində çoxillik təcrübəsini və biliklərini bölüşəcək.

“Layihə menecerləri üçün master-klass proqramlarının əksər hissəsi "sərt bacarıqların", yəni məhz planlaşdırma, büdcənin və risklərin idarə edilməsi bacarıqlarının inkişafına həsr edilir. Bizim proqramda "sərt bacarıqlar" ilə yanaşı, həmçinin "yumşaq bacarıqlar" barədə ətraflı məlumat verəcəyik - komandanın motivasiyası, münaqişələrin həlli, səlahiyyət və məsuliyyət bölgüsü”, master-klassın müəllifi və aparıcısı Vadim Boqdanov bildirib.

Spiker həmçinin layihələrin uğurları və uğursuzluqlarının səbəblərini təhlil edəcək, layihələrin idarə edilməsi ilə bağlı tövsiyələr verəcək və layihənin idarə edilməsi sahəsində fərdi peşəkar inkişaf planının hazırlanmasına kömək edəcəkdir.

Vadim Boqdanov (www.vadimbogdanov.ru) – layihələrin idarə edilməsi mövzusunda 8 kitabın müəllifi və redaktoru, 10 beynəlxalq mükafatın qalibi, biznes-təlimçi və məsləhətçidir. Vadim Boqdanov layihə menecerindən iri şirkətlərin direktorlar şurasının üzvü və metallurgiya sahəsində $ 1 mlrd. məbləğində əsaslı tikinti layihə ofisinin rəhbəri vəzifəsinədək yüksəlib. "Bogdanov & Partners" şirkəti Rusiya və Qazaxıstanın ən böyük şirkətlərində 200-ə yaxın layihə ofisini qurub, həmçinin 24 mindən çox insana layihələrin idarə edilməsi sahəsində tədris keçib. Müştəriləri sırasında Qazpromneft, Sberbank, Rosneft, VTB, SIEMENS, Unimilk, Nijfarm, Megafon, Svyaznoy, Norilskiy Nikel, Tatneft və bir çox digər şirkətlər var.

Proqram Azərbaycan dilinə sinxron tərcümə ilə Rus dilində keçiriləcək, biznesin inkişafı üçün faydalı biliklərin, təcrübə mübadiləsinin və yeni işgüzar əlaqələrin uğurlu birləşməsi olacaq. Proqram xüsusilə aşağıdakı şəxslər üçün faydalı olacaq:

Ən sərfəli kredit üçün müraciət et

  • Layihə menecerləri və layihə qruplarının iştirakçıları, layihə ofislərinin və strateji qrupların rəhbərləri, layihələrin idarə edilməsi sahəsində biznes-məsləhətçilər;
  • Top-menecerlər, funksional direktorlar, layihələrin kuratorları, layihələrin təsdiqlənməsi və vəsaitlərin ayrılması üçün cavabdeh rəhbərlər;
  • Layihələri özləri idarə edən sahibkarlar və iş adamları; layihə sifarişçiləri, investorlar, kreditorlar və digər maraqlı tərəflər.

Tədbirin Gold sponsoru qismində SOCAR-AQS şirkəti çıxış edir. Proqram 2007-ci ildən etibarən biznes təlimləri və konsaltinq istiqamətində fəaliyyət göstərən "Express Group" şirkətinin təşkilati dəstəyi ilə keçirilir.

Ətraflı məlumat və onlayn qeydiyyat üçün: https://master-class.az/projects/az , 055 946 02 70.

Maraqlanan şirkətlər həmçinin proqramın tərəfdaşı ola bilər və seçilmiş paketin əlavə üstünlüklərindən faydalana bilərlər. "Uğurlu Layihələrin Sirləri" proqramına əməkdaşlarının qeydiyyatı ilə yanaşı, şirkətlər həmçinin layihələrin idarə edilməsi sahəsində müxtəlif mövzularda məhz öz əməkdaşları üçün və öz ehtiyaclarına uyğun olan Vadim Boqdanovun ayrıca korporativ proqramını sifariş edə bilər.

Ən sərfəli krediti almaq üçün müraciət et