Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb | Banco.az

Bakıda bank hesabından oğurluq edən şəxs saxlanılıb

Bank hesabından oğurluq edən şəxs polis əməkdaşlarının operativliyi sayəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini olan qadın yanvarın 3-də bank hesabından 5405 manatının çıxarılaraq oğurlandığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb və bu cinayət əməlini törədən şəxs qısa müddətdə müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Ramil Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et