Bakı, Sumqayıt, Abşeronda fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib | Banco.az

Bakı, Sumqayıt, Abşeronda fevral ayının pensiyaları yeni artımlarla birgə ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

Bu barədə nazirlik məlumat yayıb.

Pensiyaların minimum məbləği 1 fevral 2023-cü il tarixindən 240 manatdan 280 manata çatdırılıb. Həmçinin bütün növ pensiyaların 1 yanvar 2023-cü il tarixindən 14,7% indeksləşdirilərək artırılması təmin edilib.

Fevral ayının pensiyaları yeni artımlarla verilib. Həmçinin indeksləşdirmə əsasında yanvar ayına aid pensiya artımı da fevral ayının pensiyası üzərinə əlavə olunub.

Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da yeni artımlarla birgə ödəniləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et