"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb | Banco.az

"Bakı kart"ın mobil tətbiqinin fəaliyyətinin bərpa olunacağı vaxt açıqlanıb

"Bakı kart"ın mobil tətbiqi yaxın vaxtlarda yenidən fəaliyyətə başlayacaq.

Banco.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin müdir müavini Tərlan Səfərov deyib.

O, bildirib ki, vətəndaşların “BakıKart” mobil tətbiqində hesabları və oradakı vəsaitləri silinməyib:

"Vətəndaşların mobil tətbiqdə olan bütün vəsaitləri geri qaytarılacaq. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Tətbiqin işi bərpa olunduqdan sonra sərnişinlər hesablarındakı vəsaitdən istifadə edə biləcəklər. Yaxın günlərdə, hətta ola bilər gələn həftə bu məsələ həll olunsun".

"Bu problemin tez-tez təkrarlanması gözlənilirdi. Ona görə də bu problemin köklü həllinə gedildi. Mobil tətbiqin yenilənmə prosesində texniki imkanlarının artırıması nəzərdə tutulub", - deyə o bildirib.

Ən sərfəli kredit üçün müraciət et

İctimai dinləmədə qeyd olunub ki, vətəndaşlar ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə edə bilərlər. O da bildirilib ki, hazırda vətəndaşlar “BakıKart”ın balansını artırmaq üçün daha çox imkanlara sahibdirlər. Bakı Metropoliteninin stansiyalarında “BakıKart” yükləmə aparatları sərnişinlərin ixtiyarındadır.