Bakı ilə İraqın bir neçə şəhəri arasında hava əlaqəsinin bərpa olunması istiqamətində iş aparılır | Banco.az

Bakı ilə İraqın bir neçə şəhəri arasında hava əlaqəsinin bərpa olunması istiqamətində iş aparılır

Bakı-Bağdad, Bakı-Kərkük, Bakı-Ərbil, Bakı-Bəsrə arasında hava əlaqəsinin bərpa olunması istiqamətində işlər gedir.

Bu barədə Azərbaycanın İraqdakı səfirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan və İraq arasında hava əlaqəsi yenidən bərpa olunacaq. Bununla Azərbaycandan İraqın Bağdad, Kərkük, Ərbil və Bəsrə şəhərlərinə uçuşlar başlanacaq.

    Qeyd edilib ki, ailələri ilə səyahət edənlərə viza verilməsində üstünlük veriləcək.

    Apa

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram